• 16:09Bu il Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində ölənlərin sayı azalıb

    Son illər Azərbaycanda insanların həlak olması və xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayında 13,4% (140), ölümlərin sayında 25,3% (103), yaralıların sayında isə 13,2% (147) azalma müşahidə edilib. 6 ayda ölkədə 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 304 nəfər həlak olub, 970 nəfər xəsarət alıb. K.Əliyev qeyd edib ki, bu azalma 2015-ci ildə də qeydə alınıb: “2014-cü illə müqayisədə 2015-ci ildə 415 hadisə, 230 ölü, 411 yaralı sayı azalıb. Bu da müvafiq olaraq yol qəzalarının sayının 15,7%, ölənlərin sayının 50,5%, yaralanların sayının isə 15,4% azalması deməkdir”. K.Əliyev xatırladıb ki, bu günlərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə regional məntəqəsinin böyük həkimi Sevinc Hüseynova mətbuata açıqlamasında 2005-ci ildən başlayaraq əvvəlki illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 33,1 faiz, bu hadisələrdə ölənlərin sayı 31,3 faiz, xəsarət alanların sayı isə 32, 6 faiz artdığını bildirib: “Əslində isə son 10 ildə Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə edilib. Bu rəqəmlər 2005-ci ildən öncəki rəqəmkləri əhatə edir və həqiqətən də həmin ilə kimi ölkədə yol qəzalarının sayında ciddi artım var idi”. Edit 23.07.2016 16:09, Kanal21

  • 11:56Güclü yağış kəndi körpüsüz qoydu

    Gecə saatlarından Şəkidə müşahidə olunan güclü yağış fəsadlar törədib. Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Kiş çayında sululuğun miqdarının artması nəticəsində çayın üzərində salınan müvəqqəti körpünü su aparıb. Kiş çayının üzərində yerləşən və Kiş kəndini `mavi` yanacaqla təmin edən boru xətti sıradan çıxıb. Nəticədə kəndə `mavi` yanacağın verilişi dayandırılıb. Həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə aparan körpülər və yollar dağılıb. Şəkinin Çınqıllı dərə adlanan ərazisində torpaq sürüşməsi təhlükəsi yaşanıb. Leysan yağışları nəticəsində Şəkinin digər kəndlərinə ziyan dəyib. Baş Küngüt və Qudula kəndlərində kəndarası yollar bərbad vəziyyətə düşüb və körpülər dağılıb. Eyni zamanda, Şəki şəhəri, Oxud və Kiş kəndlərini su ilə təmin edən xəttlər sıradan çıxıb. 60 metrlik su kanalı lil qatı ilə örtülüb. Suyun verilişi dayandırılıb. Kiş kənd əhalisinin alternativ Oxud yolu vasitəsilə şəhərlə əlaqəsi bərpa edilib. Aidiyyəti qurumlar hadisə baş verən əraziyə baxış keçirib. Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində `iş` aparılır. Hazırda Kiş və Şin çaylarında suyun miqdarı normadan artıqdır. Bu cür hava şəraitininsə hələ bir müddət də davam edəcəyi gözlənilir. Edit 23.07.2016 11:56, Kanal21

  • 11:16Quba rayonunda bedbext hadise

    Rayon `Polis` Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Adur kəndində qeydə alınıb. Kənd sakini Saleh Qazıxanov evində `elektrik` mişarı ilə ehtiyatsız davrandığından ayaq nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb. Faktla bağlı araşdırma aparılır. Edit 23.07.2016 11:16, Kanal21