• 16:09Bu il Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində ölənlərin sayı azalıb

    Son illər Azərbaycanda insanların həlak olması və xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayında 13,4% (140), ölümlərin sayında 25,3% (103), yaralıların sayında isə 13,2% (147) azalma müşahidə edilib. 6 ayda ölkədə 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 304 nəfər həlak olub, 970 nəfər xəsarət alıb. K.Əliyev qeyd edib ki, bu azalma 2015-ci ildə də qeydə alınıb: “2014-cü illə müqayisədə 2015-ci ildə 415 hadisə, 230 ölü, 411 yaralı sayı azalıb. Bu da müvafiq olaraq yol qəzalarının sayının 15,7%, ölənlərin sayının 50,5%, yaralanların sayının isə 15,4% azalması deməkdir”. K.Əliyev xatırladıb ki, bu günlərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə regional məntəqəsinin böyük həkimi Sevinc Hüseynova mətbuata açıqlamasında 2005-ci ildən başlayaraq əvvəlki illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 33,1 faiz, bu hadisələrdə ölənlərin sayı 31,3 faiz, xəsarət alanların sayı isə 32, 6 faiz artdığını bildirib: “Əslində isə son 10 ildə Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə edilib. Bu rəqəmlər 2005-ci ildən öncəki rəqəmkləri əhatə edir və həqiqətən də həmin ilə kimi ölkədə yol qəzalarının sayında ciddi artım var idi”. Edit 23.07.2016 16:09, Kanal21

  • 11:56Güclü yağış kəndi körpüsüz qoydu

    Gecə saatlarından Şəkidə müşahidə olunan güclü yağış fəsadlar törədib. Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Kiş çayında sululuğun miqdarının artması nəticəsində çayın üzərində salınan müvəqqəti körpünü su aparıb. Kiş çayının üzərində yerləşən və Kiş kəndini `mavi` yanacaqla təmin edən boru xətti sıradan çıxıb. Nəticədə kəndə `mavi` yanacağın verilişi dayandırılıb. Həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə aparan körpülər və yollar dağılıb. Şəkinin Çınqıllı dərə adlanan ərazisində torpaq sürüşməsi təhlükəsi yaşanıb. Leysan yağışları nəticəsində Şəkinin digər kəndlərinə ziyan dəyib. Baş Küngüt və Qudula kəndlərində kəndarası yollar bərbad vəziyyətə düşüb və körpülər dağılıb. Eyni zamanda, Şəki şəhəri, Oxud və Kiş kəndlərini su ilə təmin edən xəttlər sıradan çıxıb. 60 metrlik su kanalı lil qatı ilə örtülüb. Suyun verilişi dayandırılıb. Kiş kənd əhalisinin alternativ Oxud yolu vasitəsilə şəhərlə əlaqəsi bərpa edilib. Aidiyyəti qurumlar hadisə baş verən əraziyə baxış keçirib. Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində `iş` aparılır. Hazırda Kiş və Şin çaylarında suyun miqdarı normadan artıqdır. Bu cür hava şəraitininsə hələ bir müddət də davam edəcəyi gözlənilir. Edit 23.07.2016 11:56, Kanal21

  • 11:26Bu gün imtahandır

    Milli.Az bildirir ki, TQDK-dan Trend-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılır. İmtahanların idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2445 nəzarətçi-müəllim, o cümlədən zal nəzarətçisi qismində 88 nəfər ASAN Xidmətin könüllüləri cəlb olunub. İmtahanda 29196 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 16197 abituriyent II qrup üzrə, 12999 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 26346 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 14340, III qrup üzrə 12006 nəfər), 2850 nəfəri isə `rus` bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993 nəfər) məzunudur. Abituriyentlərin 13391 nəfəri oğlan (II qrup üzrə 10110 nəfər, III qrup üzrə 3281 nəfər), 15805 nəfəri isə qızdır (II qrup üzrə 6087 nəfər, III qrup üzrə 9718 nəfər). 28069 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 1117 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.198 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1976-cı ildən, ən gənci isə 2001-ci ildəndir. Bakı şəhərində 12858, Naxçıvanda 1430, Gəncədə 3769, Sumqayıtda 1424, Mingəçevirdə 1424, Şəkidə 1748, Ağcabədidə 1261, Göyçayda 1320, Şirvanda 1055, Lənkəranda 1867, Xaçmazda isə 1006 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən `test` suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın `internet` saytında və `Facebook` səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın `internet` saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla `iş` nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. Edit 23.07.2016 11:26, Kanal21

  • 11:16Quba rayonunda bedbext hadise

    Rayon `Polis` Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Adur kəndində qeydə alınıb. Kənd sakini Saleh Qazıxanov evində `elektrik` mişarı ilə ehtiyatsız davrandığından ayaq nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb. Faktla bağlı araşdırma aparılır. Edit 23.07.2016 11:16, Kanal21